Sumqayıtlı şairin kitabı nəşr edildi: "Ağaclar payızda çiçəkləyəndə"

18 Yanvar 2022 12:14 (UTC+04:00)

Şair Xaqani Ayxanın "Ağaclar payızda çiçəkləyəndə" adlı şeirlər kitabı çap olunub.

Teleqraf.com xəbər verir ki, kitab Bakıda "Red N Line" nəşriyyatında işıq üzü görüb.

Kitabın redaktoru şair Zirəddin Qafarlı, ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Vaqif Yusiflidir.

Xaqani Ayxan 1965-ci ildə Masallı rayonunun Xocavar kəndində anadan olub. 1987-93-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft və Sənaye Universitet) bitirib.

Xaqani Ayxan dövri mətbuatda dərc olunmağa 1993-cü ildə "Yol" ədəbiyyat qəzetində başlayıb. Azərbaycanda demək olar ki, əksər qəzet və jurnallarda şeirləri dərc olunub. Sumqayıt şəhərində yaşayır, Karbamid zavodunda çalışır.