Bu şəxslərə Qarabağa səfər imkanı verilməyəcək - Nazirlik

18 Yanvar 2022 11:46 (UTC+04:00)

Hazırkı mərhələdə işğaldan azad olunmuş ərazilərə səfərlər yalnız yerli vətəndaşlar üçün nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə xarici vətəndaşların da həmin ərazilərə səfərləri təşkil oluna bilər: "İmtiyazlı şəxslər (şəhid ailələri, Qarabağ əlilləri, müharibə iştirakçıları) xaric hər kəs ödənişli şəkildə bilet alaraq səfərlərdə iştirak edə bilərlər".