Polşa COVID-19-un 5-ci dalğasına hazırlaşır

18 Yanvar 2022 17:13 (UTC+04:00)

Polşada COVID-19 pandemiyasının 5-ci dalğası başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu Polşanın səhiyyə naziri Adam Niedzielski bəyan edib.

Nazir bildirib ki, gələn ayın ortalarında ölkədə gündəlik virusa yoluxma 60-140 min olacaq.

Ölkədə omikron mutasiyasından sonra yoluxmaların artdıdığını qeyd edən nazir 5-ci hazırlıq çərçivəsində xəstəxanaların yataq və oksigenlə təminatı prosesinin həyata keçirildiyini deyib.

Qeyd edək ki, son 24 saatda Polşada 10 min 455 yoluxma qeydə alınıb. Virusdan vəfat edənlərin sayı 102 min 309 nəfərdir.