Stoltenberq: "Avropanın müdafiə potensialını gücləndirmək zəruridir"

18 Yanvar 2022 23:26 (UTC+04:00)

Avropanın müdafiə potensialını gücləndirmək, o cümlədən daha rəqabətədavamlı müdafiə sənayesi qurmaq vacibdir.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə “Spiegel” nəşrinin Berlində təşkil etdiyi diskussiyada NATO-nin baş katibi Yens Stoltenberq bildirib.

“Bizim Avropanın müdafiə potensialını gücləndirməyə, döyüş hazırlığı səviyyəsini yüksəltməyə, təyyarə və s. ehtiyacımız var”, - deyə Baş katib bildirib.

Stoltenberq həmçinin rəqabətədavamlı müdafiə sənayesinin də zəruri olduğunu vurğulayıb.