Goranboy sakini minaya düşdü

18 Yanvar 2022 21:56 (UTC+04:00)

Goranboy sakini minaya düşüb.

Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.

1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Kənd icra nümayəndəliyindən BAKU.WS-in yerli bürosuna verilən ilkin məlumata görə, 26 yaşlı Vüqar Məmmədov çaydan su içmək istəyərkən hadisə baş verib. Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və sağ ayağının amputasiya olunduğu deyilir