KTMT sülhməramlıları Qazaxıstanı tam tərk etdi

19 Yanvar 2022 11:52 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanı tam tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, KTMT-nin sonuncu Rusiya sülhməramlıları dörd təyyarə ilə Qazaxıstandan çıxıblar.