Ərdoğandan Putin və Zelenskiyə təklif: "Türkiyəyə gəlin, birlikdə..."

19 Yanvar 2022 12:27 (UTC+04:00)

Türkiyə prezidentinin sözçüsü, böyük səfir İbrahim Kalın Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatının nəticələrinin böyük və dönməz olacağını vurğulayıb. o, Türkiyənin problemin həllində istənilən rolu oynamağa hazır olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, gərginliyin artdığına diqqət çəkən Kalın Türkiyənin də hadisələri böyük narahatlıqla izlədiyini və bu gərginliyin risklər gətirdiyini bildirib.

Türkiyənin Ukraynada və ya Rusiya ilə Ukrayna arasında heç bir hərbi əməliyyat, qarşıdurma, müharibə istəmədiyini vurğulayan Kalın əlavə edib ki, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyirik.

Türkiyənin problemin həlli istiqamətində göstərdiyi səylərə toxunan Kalın, Prezident Rəcəb Tayyib Ərdoğanın həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışdığını qeyd edib:

“Prezident Ərdoğan hətta hər ikisini istəsələr Türkiyəyə gəlməyə, problemlərini və fikir ayrılıqlarını həll etmək üçün görüş keçirməyə dəvət etdi. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün hər cür rol oynamağa hazırdır. Eyni zamanda Prezident Ərdoğan bir neçə həftə sonra Ukraynaya səfər edəcək və prezident Zelenski ilə görüşəcək. Böyük və geri dönməz nəticələrə səbəb olacaq hər hansı hərbi əməliyyatdan qaçmaq üçün ruslarla yaxın təmasda olacağıq”.