Abşerona yeni icra başçısı təyin edildi

19 Yanvar 2022 12:52 (UTC+04:00)

Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.