Masallıda evdən 10 min manatlıq qızıl oğurlandı

19 Yanvar 2022 14:58 (UTC+04:00)

Masallı rayonunda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan C.Qasımovun ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki daha bir evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.