Ramzan Kadırovun qızına böyük şok – İcraat başlanıldı

19 Yanvar 2022 19:14 (UTC+04:00)

Çeçenistan başçısı Ramzan Kadırovun qızı Ayşət Kadırovaya məxsus “Firdaws” moda evi ilə bağlı vergi və rüsumların ödənilməməsi ilə bağlı icraat başlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, “Firdaws” MMC-nin hesabları bloklanıb. Şirkətin ödəməli olduğu vergi borcunun dəqiq məbləği göstərilmir.

Moda evi Ramzan Kadırovun həyat yoldaşı Medni tərəfindən təsis edilib. Daha sonra, 2016-cı ildə rəhbərlik Ayşət Kadırova keçib. Məlumata görə, o, dövlət qulluqçusu olmasına baxmayaraq, şirkətlə işləməyə davam edir.

“Firdaws”ın baş ofisi və istehsal müəssisəsi Qroznıda yerləşir, Çeçenistanın paytaxtından əlavə Moskva, Mahaçqala və Dubayda mağazaları var.

2020-ci il sentyabrın 1-də Ayşət Kadırova Çeçenistan mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, ötən ilin dekabrında “Çeçenistan Respublikasına xidmətlərinə görə” medalı ilə təltif olunub. Bundan başqa, Ayşət Kadırovaya “İnsan hüquqlarının müdafiəsinə görə” medalı da verilib.