İran Prezidenti Kremldə namaz qıldı

19 Yanvar 2022 19:49 (UTC+04:00)

İran Prezidenti İbrahim Rəisi Kremldə namaz qılıb.

Teleqraf.com-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Kremldə axşam namazını qılıb.

Qeyd edək ki, İran Prezidenti bu gün Rusiyaya səfər edib.