Azərbaycanda pensiyaçıların sayı açıqlandı

19 Yanvar 2022 23:28 (UTC+04:00)

2022-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 197,0 min nəfər olmaqla ölkə əhalisinin 11,9 faizini təşkil edib.

Bu barədə Teleqraf.com-a Dövlət Statisatika Komitəsindən məlumat verilib.

Həmin dövrə 397,0 min nəfər sosial müavinət, 299,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2021-ci il ərzində birdəfəlik müavinət alanların sayı 83,4 min nəfər olub.