Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verdi

20 Yanvar 2022 00:33 (UTC+04:00)

“Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər Xiyabanına gül dəstələri düzərək, “Qara Yanvar” faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko özünün tviterdəki hesabında yazıb.