“Rusiyanın hücumuna hazır olmalıyıq” – Kəşfiyyat şefi açıqladı

20 Yanvar 2022 16:06 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Polşaya səfər edəcək və ölkə lideri Anjey Duda ilə görüşəcək.

Teleqraf.com xəbər verir ki, səfər iki gün davam edəcək.

Polşa rəsmiləri ilə görüşdə o, Donbas və Krımda Rusiyanın təcavüzü və bütövlükdə regionun təhlükəsizliyinə təhdidləri müzakirə edəcək. Ukrayna liderinin səfərinin digər təfərrüatları hələlik açıqlanmayıb.

Polşa Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Pavel Solox isə NATO ölkələrini Rusiya qoşunlarının Ukraynaya mümkün müdaxiləsinə hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, Kreml öz qonşusuna münasibətdə radikal gözləntilərindən əl çəkməyib və aqressivlik nümayiş etdirmək fürsətini əldən verməyəcək.