Rusiya açıq şəkildə hədələdi: “Bu, faciəvi nəticələrə səbəb ola bilər”

20 Yanvar 2022 15:26 (UTC+04:00)

“Kiyev Rusiyanın Ukraynaya qaçılmaz müdaxiləsi pərdəsi altında Qərblə birlikdə hərbi təxribat hazırlayır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Hazırda Qərb və Ukrayna KİV-ləri, eləcə də rəsmiləri Rusiyanın Ukraynaya qaçılmaz müdaxiləsi ilə bağlı spekulyasiyaları daha fəal şəkildə təkrarlayırlar”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, məqsəd irimiqyaslı hərbi təxribatların hazırlanmasını ört-basdır etməkdir. Zaxarova əlavə edib ki, bu cür davranışlar faciəvi nəticələrə səbəb ola bilər.