“İnflyasiya tədricən azalacaq” - Avropa Mərkəzi Bankı

20 Yanvar 2022 15:38 (UTC+04:00)

"2022-ci ildə inflyasiya əvvəlki il proqnozlaşdırılandan daha az düşəcək, lakin tədricən azalacaq".

Teleqraf.com xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) Prezidenti Kristin Laqard deyib.

O bildirib ki, enerji qiymətləri əbədi olaraq artmayacaq: “Tədarük zəncirindəki problemlər yoluna qoyulacaq. İnflyasiyada azalma 2023 və 2024-cü illərdə davam edəcək”.

Laqard qeyd edib ki, inflyasiyanın təxminən yarısını enerji qiymətləri yaradır: “Federal Ehtiyat Sisteminin (FED) etdiyi kimi, tez reaksiya verməmək üçün səbəblərimiz var. ABŞ-da inflyasiya daha yüksəkdir.

İqlim, geosiyasət, xüsusən də Rusiyanın mühüm neft istehsalçısı olması da qiymət artımlarında rol oynayıb”.