NATO-dan Rusiyaya əzələ nümayişi - Şimal qütbündə iri hərbi təlim keçiriləcək

20 Yanvar 2022 21:12 (UTC+04:00)

NATO-nun Şimal qütb dairəsində ən böyük təlimi mart ayında keçiriləcək. Təlimdə 28 ölkədən 35 min hərbçi iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın alyansdakı nümayəndəliyi məlumat yayıb.

“NATO-nun Şimal qütb dairəsində keçiriləcək ən böyük təlimi “Cold Response” martın əvvəlinə planlaşdırılıb. Təlimdə 28 ölkədən 35 min hərbçi iştirak edəcək”, - deyə nümayəndəliyin “Tvitter” hesabında bildirilib.

Təlimlərdə ABŞ-ın “USS Harry S. Truman” aviadaşıyan gəmisi də iştirak edəcək.

Bundan əvvəl Norveç Rusiyanın Şimal donanmasının komandanlığını qarşıdakı çoxmillətli “Cold Response 2022” təlimi barədə xəbərdarlıq edib.