Meymuna siqaret çəkmək öyrətdilər: İndi isə hər gün... – İnanılmaz əməl

21 Yanvar 2022 00:14 (UTC+04:00)

Şimali Koreyanın məşhur Pxenyan zooparkında yaşayan Azaleya adlı şimpanzenin hekayəsi eşidənləri kədərləndirir.

Teleqraf.com xəbər verir ki, Azaleyaya zooparka gələn insanları əyləndirmək üçün siqaret çəkmək öyrədilib.

Bir müddət sonra siqaret çəkməyə vərdiş edən meymun üçün bu, aludəçiliyə çevrilib. Uzun müddətdir hər gün 40 siqaret çəkən Azaleyanın hekayəsi eşidənləri kədərləndirir.

Şimali Koreya lideri Kim Çen Inın paytaxt ətrafındakı əyləncə mərkəzlərinin təmiri ilə bağlı göstərişindən sonra Azaleya Pxenyan zooparkının “ulduz”una çevrilib. Amma burada şimpanzeyə göstərilən münasibət kəskin reaksiyalara səbəb olub.