ABŞ 4 rusiyapərəst ukraynalıya sanksiyalar tətbiq etdi

20 Yanvar 2022 20:27 (UTC+04:00)

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 ukraynalıya qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, sanksiyalarla bağlı nazirlik xüsusi bəyanat yayıb.

Sanksiyalar siyahısına Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbərinin sabiq müavini Vladimir Sivkoviç, Ali Radanın deputatları Taras Kozak, Oleq Voloşin və sabiq deputat Vladimir Oleynik əlavə edilib.