Havalarla əlaqədar əhaliyə verilən əlavə qazın həcmi açıqlandı

21 Yanvar 2022 11:47 (UTC+04:00)

Havaların soyuq keçməsi ilə əlaqədar yanvarın 20-də təbii qaza tələbat artıb. Ötən gün 42 milyon 269 min kubmetr təbii qaz qəbul olunub.

Teleqraf.com xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov deyib.

Şöbə rəisi qeyd edib ki, bunun 59 faizi Bakı və Abşeron yarımadasının payına düşür: "Yəni 24 milyon 961 min kubmetr qaz Bakı və Abşeron ərazisinə, qalan 17 milyon 308 min kubmetr isə bölgələrə verilir".

O bildirib ki, bu həcmlər yanvarın 19-u ilə müqayisədə 2 milyon 696 min kubmetr çoxdur: "Günlük istehlak həcminin artımı Bakı və Abşeron ərazisində 1 milyon 648 min, bölgələrdə isə 1 milyon 048 min kubmetr çoxdur".