Qeyri-neft sektorundan daxilolmalar 25 faiz artıb - Nazir

21 Yanvar 2022 14:37 (UTC+04:00)

2021-ci ildə Azərbaycanda qeyri-neft sektorundan daxilolmalar əlavə dəyər vergisi (ƏDV) üzrə 17%, aksiz vergisi üzrə 25%, mənfəət vergisi üzrə isə 16,3% artıb.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat nazri Mikayıl Cabbarov bildirib.

"Qeyri-neft sektorunda vergi daxilolmalarının ən yüksək artım templəri ictimai iaşədə 84,1%, pərakəndə ticarətdə 53,7%, sənayedə 29,3% və xidmət sektorunda 19,7% müşahidə olunub", - deyə nazir qeyd edib.