Ürək astması nədir? - Əlamətləri

22 Yanvar 2022 23:52 (UTC+04:00)

Ürək astması kəskin ürək çatışmazlığı nəticəsində təngnəfəslik tutması baş verməsi ilə xarakterizə olunur.

Teleqraf.com xəbər verir ki, ürək astamsında ən çox arterial hipertoniya, miokard infarktı, kardioskleroz, ürək qüsurları kimi ağırlaşmalar baş verir. Təngnəfəslik tutması adətən gecələr baş verir, nəfəsalma və nəfəsverməni çətinləşdirir. Ürək astması xəstənin vəziyyətini birdən-birə ağırlaşdıra bilər.
Ürək astmasının bir çox yaranma səbəbləri ola bilər. Bunlar arasında mirtal stenoz, ürəyin işemik xəstəliyi, infarkt, anevrizma, qlomerulonefrit, kardioskeroz, aritmiya, ürək klapanı çatışmazlığı, damarlarda qan kütləsinin artması, ürək çatışmazlığı kimi səbəblər yer alır.

Xəstəliyin simptomları adətən gecə vaxtı, uzandıqda, yatmağa hazırlaşdıqda özünü göstərməyə başlayır. Xüsusilə boğulma, quru öskürək, dərinin avazıması, barmaqlar, burun ətrafı, ağzın göyərməsi, tərləmə, ağciyərlərdə xışıltı, bronxospazm kimi simptomlar daha çox müşahidə olunur.

Belə əlamətlər bronxial astma ilə oxşar olduğundan diaqnoz qoyulmasında çətinlik yaradır və əlavə müaynələrə ehtiyac olur.

Ürək astmasının diaqnozu kardioloq və ağciyərlər üzrə mütəxəssis tərəfindən qoyulur.

Xəstəliyin müalicəsində tutmalar zamanı nifedipin və ya nitroqliserin dərmanı dil altına qoyulur, xəstəyə oksigen verilir, ürək qlükozidləri yeridilir.

Bunlara baxmayaraq, xəstəliyin tam müalicəsi mümkün deyil. Müalicəsi tam mümkün olmasa da tutmaları azaltmaq və ümumi vəziyyəti stabil tutmaq olar.