Krasnodar-İrəvan təyyarə reysi təxirə salındı

22 Yanvar 2022 14:27 (UTC+04:00)

Krasnodar-İrəvan təyyarə reysi təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Krasnodar hava limanına güclü qar qayması olub.

Məlumata görə, hava limanı səhər saat 11:00-dan bağlanıb. Hava limanı hazırda təmizlənir və saat 15:00-a qədər bağlı olacaq. Dünən hava limanında 15 reys gecikib.