Rus qırıcılarının Belarusa köçürülməsi başlandı

22 Yanvar 2022 14:50 (UTC+04:00)

Rusiyanın Aerokosmik Qüvvələrinin (VKS) Su-35S çoxməqsədli döyüş təyyarələri ittifaq dövlətinin reaksiya qüvvələrinin sınaqları çərçivəsində Belarusa uçmağa başlayıb.

Teleqraf.com xəbər veruir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat verib.

“Birlik dövlətinin cavab qüvvələrinin yoxlanılmasında iştirak edən Şərq Hərbi Dairəsinin Su-35S çoxməqsədli qırıcılarının ekipajları Belarus Respublikası ərazisinə köçürülməyə başlayıb”, - deyə xəbərdə deyilir.

Nazirlikdən verilən məlumata görə, uçuş tapşırıqlarının yerinə yetirilməsi zamanı Rusiya Aerokosmik Qüvvələrinin ekipajları maksimum məsafəyə uçuşlar, Belarus aerodromlarına eniş, həmçinin Belarus mütəxəssisləri ilə birgə təkrar uçuşlara hazırlıq işlərini həyata keçirəcək.