Paşinyan Putinə zəng etdi - Nələr müzakirə olundu?

22 Yanvar 2022 15:43 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu gün telefon danışığı keçirilib. Tərəflər KTMT çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hazırkı sədrliyi nəzərə alınaraq, KTMT çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib”, - məlumatda deyilir.

Bildirilib ki, Putin və Paşinyan Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında qeyd olunan razılaşmaları da müzakirə ediblər.

Kremlin mətbuat xidməti xəbər verib ki, Putin həmçinin Paşinyana onun xahişi ilə ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizlik zəmanətləri üzrə danışıqların gedişi barədə məlumat verib.

“Rusiya prezidenti Paşinyanın xahişi ilə ABŞ və müttəfiqləri ilə Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları üzrə danışıqların gedişi barədə qısa məlumat verib”, - Kremlin bəyanatında deyilir.