Nazirlər Kabinetindən karantin rejimi ilə bağlı - Yeni qərarlar

22 Yanvar 2022 15:30 (UTC+04:00)

Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 26, 27, 28 nömrəli Qərarlarına dair izahda deyilir:

Qərarlara əsasən;

- Laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin , həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılmışdır.

- COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləçəkdir.

- Xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.

Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilməsi, həmçinin karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağası ləğv edilir.