Ərdoğanla Rəisi arasında kritik zəng

22 Yanvar 2022 22:33 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, liderlər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Rəisi türkiyəli həmkarı ilə telefon danışığında regionda sabitliyə nail olmağın yeganə yolunun ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı olduğunu vurğulayıb.