Türk ordusundan əməliyyat - 10 PKK-çı məhv edildi

23 Yanvar 2022 00:14 (UTC+04:00)

Suriya ilə sərhəddəki “Sülh bulağı” əməliyyatı zonasında 10 PKK terrorçusu zərərsizləşdirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçuların qabaqlayıcı atəşlə məhv edildiyi bildirilir.

Nazirliyin yaydığı məlumatda vurğulanıb ki, terrorla mübarizə Türkiyənin həm daxilində, həm də xaricində fasiləsiz olaraq davam edir.