"Mançester Siti"dən xal itkisi

23 Yanvar 2022 00:47 (UTC+04:00)

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Teleqraf.com xəbər verir ki, "Mançester Siti" bu dəfə “Sauthempton”la qarşılaşıb. Lider səfər oyunundan xal itkisi ilə ayrılıb.

7-ci dəqiqədə "Sauthempton"un oyunçusu Uolker-Peters hesabı açsa da, Laporte 65-ci dəqiqədə cavab qolunu vurub. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqanın turnir cədvəlində 57 xalla 1-ci, "Sauthempton" isə 25 xalla 12-cidir.

"Sauthempton" – "Mançester Siti" - 1:1

Qollar: Uolker-Peters, 7 – Laporte, 65.