Əliyevlə hazırladığımız 3+3 platforması... - Ərdoğan

23 Yanvar 2022 08:00 (UTC+04:00)

Türkiyə Qafqazda sülh və sabitliyin hökm sürməsi üçün səylərini davam etdirir.

Teleqraf com-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hazırladıqları "3+3" platforması çərçivəsində növbəti görüşə ev sahibliyi etməyi planlaşdırır.

Qeyd edək ki, 3+3 formatında ilk görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.