Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələndi

23 Yanvar 2022 12:41 (UTC+04:00)

Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb.

Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq hər biri 50 manat məbləğində cərimələnib.