Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlandı

23 Yanvar 2022 15:40 (UTC+04:00)

Türkiyədə Qara və Mərmərə dənizlərini birləşdirən Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata əsasən, Bosfor boğazı yerli vaxtla saat 10:28-də dənizdə görmə qabiliyyətinin azalması səbəbindən bağlanıb.