Sumqayıtda yataqxanada yanğın oldu

23 Yanvar 2022 18:19 (UTC+04:00)

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 1 ədəd sayğac, 2 ədəd açar və giriş kabeli 2 p.m yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.