Türkiyə "Bayraktar"la bağlı ilk ixrac müqaviləsini imzaladı

23 Yanvar 2022 19:26 (UTC+04:00)

Türkiyə Bayraktar Akıncı Pilotsuz Uçuş Aparatlarının satışına dair ilk ixrac müqaviləsini imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

“Bayraktar Akıncı PUA-nın ilk ixrac müqaviləsini də tamamladıq. Müqavilə çərçivəsində 2023-cü ildə Bayraktar Akıncını təslim edəcəyik. Bundan əlavə, Bayraktar TB2 PUA-lar üçün 16 ölkə ilə ixrac müqaviləsi imzaladıq”, - deyə o bildirib.