Bakı-Şuşa-Bakı ilk avtobus reysi yola düşdü - Foto

24 Yanvar 2022 08:05 (UTC+04:00)

Bakıdan Şuşa şəhərinə Bakı-Şuşa- Bakı sərnişin avtobusu yola düşüb.

Teleqraf.com-un məlumatına görə, ilk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.

İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb.

Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam -Bakı marşrutları da start götürüb.

Xatırladaq ki, Bakıdan azad olunan ərazilərə avtobus reysləri həftə ərzində cədvəl üzrə hərəkət edəcək.