Qarabağa “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq

24 Yanvar 2022 10:08 (UTC+04:00)

Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq.

Parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.

Qeyd edək ki, həmin məsələyə komitənin bu gün keçirilən iclasında baxılması və təsdiq edilməsi gözlənilir.