"Şuşa şəhəri minalardan tam təmizlənib" - Polis rəisi

24 Yanvar 2022 15:36 (UTC+04:00)

"Şuşa şəhəri minalardan tam təmizlənib, amma vətəndaşlar hər ehtimala qarşı ehtiyatlı olmalıdırlar".

Teleqraf.com xəbər verir ki, bunu bu gündən həyata keçirilən Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinin ilk sərnişinlərinin qarşılanma mərasimində şəhərin polis rəisi Səməd Məhərrəmov deyib.

"Vəzifə borcumdur ki, sizə bildirim - səfər vaxtı hardasa döyüş sursatları görə bilərsiniz. Bunu sizi müşaiyət edən polis əməkdaşlarına dərhal bildirin", - o bildirib.