AZAL-ın İstanbul-Bakı reysi gecikir

24 Yanvar 2022 17:20 (UTC+04:00)

İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən AZAL-ın İstanbul-Bakı reysi gecikir.

Bu barədə AZAL-dan Teleqraf.com-a bildirilib.

Hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida və alkoqolsuz içki ilə təmin olunacaqlar.

İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan yola düşəcək.