Avropada təbii qaz 20 faizə yaxın bahalaşdı

24 Yanvar 2022 20:43 (UTC+04:00)

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 100 dolları ötüb.

Teleqraf.com-un məlumatına görə, Niderlandın TTF habında təbii qazın fevral fyuçersləri 1 102 dollar ətrafında alınıb-satılır.

Qeyd olunur ki, qiymətlər ötən günlə müqayisədə 19,4 faiz bahalaşıb.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də təbii qazın qiyməti tarixdə ilk dəfə min kubmetr üçün 2 min dollar həddini keçmişdi.