NATO-nun Baş katibi Trassla Ukrayna böhranını müzakirə etdi

24 Yanvar 2022 21:13 (UTC+04:00)

NATO-nun Baş katibi Yens Stoltenberq Böyük Britaniya xarici işlər naziri Liz Trass Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lunqesku tviter hesabında yazıb.

“Tərəflər Rusiyanın Ukrayna ətrafında hərbi güclənməsini və Avropanın təhlükəsizliyinə təsirlərini müzakirə ediblər. Stoltenberq Böyük Britaniya NATO-nun kollektiv müdafiəsinə verdiyi töhfələrə və tərəfdaşımız Ukraynaya verdiyi güclü dəstəyə görə təşəkkür edib”, - paylaşımda qeyd olunub.