Ağcabədidə intihar cəhdinin qarşısı alındı

24 Yanvar 2022 23:28 (UTC+04:00)

Ağcabədidə intihar cəhdinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, rayonun Hindarx sakini 27 yaşlı Savalanov Tural Elzamin oğlu elektriki kəsildiyi üçün intihara cəhd edib.

Hadisə yerinə FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri çağırılıb. Onlar Tural Savalanovun intihara cəhdinin qarşısını alıb. T.Savalanov ifadəsində elektrik enerjisinin kəsildiyi üçün bu hərəkəti etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.