Burkina Fasoda hərbçilər hakimiyyəti ələ keçirdi

25 Yanvar 2022 00:39 (UTC+04:00)

Burkina Fasoda hərbçilər ölkəyə nəzarəti ələ keçirdiklərini açıqlayıblar.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər yayıb.

Məlumata əsasən, bəyanat ölkə prezidenti Roş Mark Kaborun saxlanmasından sonra verilib.

Hərbçilərin nümayəndəsi dövlət çevrilişinin “həbs edilənlərə fiziki zorakılıq tətbiq edilmədən” həyata keçirildiyini açıqlayıb.

Hərbçilər, həmçinin Milli Assambleyanı buraxdıqlarını, Konstitusiyanın fəaliyyətini dayandırdıqlarını, ölkə sərhədlərini bağladıqlarını və səhər saat 21:00-dan səhər saat 05:00-a qədər komendant saatı tətbiq etdiklərini bildiriblər.