İraqda terror aktı - Bir neçə hərbçi həlak oldu

25 Yanvar 2022 08:25 (UTC+04:00)

İŞİD yaraqlılarının İraqda törətdiyi terror aktı nəticəsində azı bir neçə hərbi qulluqçu həlak olub.

Teleqraf.com xəbər verir ki, hadisə Kərkükün cənubunda Dakuk rayonunda qeydə alınıb.

Yerli polis faktı təsdiqləyib.

Məlumata görə, uzaqdan idarə olunan bomba hərbi maşının keçdiyi yolda partladılıb.

Partlayış nəticəsində 3 hərbi qulluqçu həlak olub, daha bir əsgər yaralanıb.