Qebreyesus yenidən ÜST-nin baş direktoru vəzifəsinə namizəd oldu

25 Yanvar 2022 17:08 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Şurası təşkilatın hazırkı baş direktoru Tedros Adhanom Qebreyesusun bu vəzifəyə yeni müddətə namizədliyini irəli sürüb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin üzvləri müvafiq qərarı Cenevrədə keçirilən sessiyada qəbul ediblər.

Hazırda Qebreyesus ÜST-nin rəhbəri postuna yeganə namizəddir.

Bu məsələ ilə bağlı səsvermə 22-28 may 2022-ci ildə Cenevrədə keçirilməsi gözlənilən Ümumdünya Səhiyyə Assambleyasında baş tutmalıdır.