Fərda Amin "Selfinaz 2" ilə gəlir

26 Yanvar 2022 00:13 (UTC+04:00)

Aktyor Fərda Amin "Selfinaz 2" adlı "Stand up" şousu ilə tamaşaçıları bir araya yığacaq.

Teleqraf.com xəbər verir ki, tamaşa, "Artlemma Film" tərəfindən həyata keçiriləcək.

Fərda Amin və Təvəkkül T. Mehrəliyevə aid olan ssenari 5 ilə ərsəyə gəlib. Yaradıcı heyətin fikrincə, məhz “Selfinaz 2” də Azərbaycan "Stand up" dünyasında yeni bir mərhələ hesab ediləcək. Tamaşanın rejissorluğunu Təvəkkül T. Mehrəliyev, baş prodüserliyini isə Resan Mehrəliyev edəcək.

Gülüşün onun üçün ən qiymətli duyğu olduğunu bildirən Fərda Amin baş tutacaq gecə ilə bağlı fikirlərini bölüşüb: "Mən də hamınız kimi Allahın əsəriyəm. "Selfinaz 2" bu əsərin yenilənmiş təqdimatıdır. Gülüşün dadı ürəkdən gülməkdə yox, ruhun gülməyidir. Ruhunuzu qidalandıracam".