Beş ölkə diplomatlarını Ukraynadan təxliyə edir

26 Yanvar 2022 08:05 (UTC+04:00)

ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Kanada bəzi diplomatlarını və onların ailələrini Ukraynadan təxliyə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Altı ölkə isə öz vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə edib.

Ukrayna hakimiyyətinin fikrincə, bunun üçün heç bir real əsas yoxdur.

Qeyd edək ki, Ukraynada 129 diplomatik nümayəndəlik fəaliyyət göstərir.

Son aylar Qərbdə, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Kreml onları boş və əsassız adlandırıb.