Azərbaycanda məhkəmə sədri koronaya yoluxdu

26 Yanvar 2022 09:59 (UTC+04:00)

Bakı Apelyasiya Məhkəməsinin sədrində koronavirus aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Mübariz Əkbərovun COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, ötən gün Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun koronavirusa yoluxması barədə məlumat yayılıb.

Bundan, başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovda da COVID-19 aşkarlanıb.