Qəbələdə tanışını qətlə yetirən şəxsin istintaqı başa çatdı

26 Yanvar 2022 10:17 (UTC+04:00)

Qəbələdə tanışını qətlə yetirməkdə təqsirləndirilən Kənan Mustafayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə 2021-ci ilin oktyabrında Qəbələ rayonunun Tikanlı kəndində baş verib.

Rayonunun Uludaş kənd sakini, 2003-cü il il təvəllüdlü Kənan Mustafayev tanışı, Tikanlı kənd sakini, 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqlayaraq qətlə yetirib.

İstintaq orqanı tərəfindən Kənan Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.