Cəlilabadda avtomobil aşdı - Ölən və yaralananlar var

26 Yanvar 2022 12:56 (UTC+04:00)

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yanvarın 26-da, saat 1 radələrində rayonun Təzəkənd kəndi ərazisində rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini Ümid Əliyev hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.