ABŞ-da türk müəllim öldürüldü, anası yaralandı

26 Yanvar 2022 17:04 (UTC+04:00)

Amerikada türk müəllim Bengül Beaçley öldürülüb.

Teleqraf.com xəbər verir ki, türk müəllim boşanma ərəfəsində olduğu əri Con Baecley tərəfindən vurulub.

Qatil ər eyni zamanda türk müəlliminin anasına da hücum edib, onu odlu silahla vurub. Lakin onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

30 yaşlı Bengül Beaçleyi odlu silahla vuran 51 yaşlı əri Con Baeçley sonda özünü də silahla vurub.